IQNA

 Ayətullah Həkimin məqbərəsində etirazçılara güllə atılmayıb

10:35 - December 01, 2019
Xəbər sayı: 3486234
Mehrab şəhidi Həzrət Ayətullah Həkimin məqbərəsinin idarə heyəti bu mərqədin mühafizə dəstəsi tərəfindən etirazçılara atəş açılmadığı elan edib və bu barədə yayılan şayiələrin yalan olduğunu vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mehrab şəhidi Həzrət Ayətullah Həkimin məqbərəsinin idarə heyəti bu mərqədin mühafizə dəstəsi tərəfindən etirazçılara atəş açılmadığı elan edib və bu barədə yayılan şayiələrin yalan olduğunu vurğulayıb.

Həzrət Ayətullah Həkimin məqbərəsinin idarə heyətinin bəyaniyyəsində deyilir: Nəcəf vilayətinin valisinin bu barədə iddiaları əsassızdır. Mühafizlər qanunlara tabedirlər və onlar atəş açmayıblar. Mərqədə hücum edilən zaman isə Həşduş-Şəəbi qüvvələrindən bir dəstəsi hadisə yerinə gəlmiş və məqbərəni iğtişaşçılardan qorumuşlar. Bunlar isə mərqədin ərazisindən kənarda olmuşdur. Etirazçılar və ya iğtişaşçılara bir güllə də atılmamışdır.

Qeyd edək ki, cari həftənin Cüməaxşamı günü iştişaşçılar İraqın Ali İslam Məclisinin sabiq rəisi Şəhid Məhəmmədbaqir Həkimin məqbərəsinə hücum edərək məzarı yandırmağa çalışıblar. Şənbə gecəsi isə iğtişaşçılar mərqədin qapılarını yandırıblar. Mühafizlər isə onları dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə ediblər.

Son həftələrdə baş verən iğtişaşlar qanlı hadisələrə çevirildiyi üçün bu gün, həftənin Bazar günü, 1 Dekabar 2019-cu il, Nəcəf vilayətində ümumi tətil elan edilib.    

https://iqna.ir/fa/news/3860754

 

Teqlər: iqna ، seyid həkim ، nəcəf ، iğtişaş
captcha